Davudoğlu: “Ankara terror aktında bu təşkilatların barmağı var”
Bizi izləyin

Dünya

Davudoğlu: “Ankara terror aktında bu təşkilatların barmağı var”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı terror aktında iştirakı təxmin edilən iki terror təşkilatının adını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir hücumun həm İŞİD, həm də PKK tərəfindən həyata keçirilə biləcəyini deyib.

“Terrorçuların DNT testləri ilə bağlı əhəmiyyətli məlumatlar əldə etmişik. Detallı araşdırma davam edir”, - Əhməd Davudoğlu bildirib.

Qeyd edək ki, terror aktını törədən kamikadzelərin Yunus Əmrə Alagöz və Ömər Dəniz Dündar olduğu bildirilir. Yunus Əmrə Alagöz 20 iyul tarixində Şanlıurfa vilayətinin Suruc mahalında terror aktı törədən Şeyx Əbdürrəhman Alagözün qardaşıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm