Hitlerin gizli sərvəti və borcu AÇIQLANDI
Bizi izləyin

Dünya

Hitlerin gizli sərvəti və borcu AÇIQLANDI

İngiltərənin “Channel 5” telekanalı tərəfindən hazırlanan “The Hunt For Hitler's Missing Millions” (“Hitlerin gizli milyonlarının axtarışı”) adlı sənədli film Almaniyanın nasist lideri Adolf Hitlerlə bağlı bir sirri ortaya çıxarıb.

Publika.az xəbər verir ki, filmdə xalqa özünü məhdud gəlirlə yaşadığını göstərən liderin gizli bank hesabları və pul qazanma üsullarının olduğu bildirilir.

Kris Vettonun “Hitler's Fortune” (“Hitlerin sərvəti”) adlı kitabının mənbə göstərildiyi sənədli filmə görə, Hitler 1945-ci ildə intihar edəndə (Onun ölümü ilə bağlı indiyə kimi müxtəlif iddialar səslənir. Bəzi iddialara görə, o, gizli yollarla ölkədən qaçıb) 1,1 milyard, bugünkü dəyəri ilə 3,6 milyard funt-sterlinq gizli sərvətə sahib olub.

Üzərində şəklinin olduğu hər markadan və “Mein Kampf” (“Mənim mübarizəm”) adlı kitabının satışından pul qazanmaq bu üsulların başında gəlirdi. Hitler lazım olduğu qədər vergi ödəmirdi. Eyni mənbənin məlumatına görə, nasist liderinin 1938-ci ildə 1,75 milyon funt-sterlinq vergi borcu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm