Partiyanın ofisində bomba partladıldı: 7 ölü
Bizi izləyin

Dünya

Partiyanın ofisində bomba partladıldı: 7 ölü

Pakistanın mərkəz bölgəsində partiya qərargahına edilən bomba hücumu azı 7 nəfərin ölümünə, bir neçə nəfərin isə yaralanmasına səbəb olub.

Publika.az xəbər verir ki, bomba Pakistanın aparıcı "Pakistan Müsılman Liqası" partiyasının başçısı Əmcad Xosanın Pəncab vilayətinin Taunsa şəhərindəki ofisində partladılıb. Partlayış zamanı Xosa ofisdə olmayıb.

Polis partlayışın intiharçı tərəfindən həyata keçirildiyini deyib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Pakistandakı Taliban qrupu son illər ölkənin rəsmilərinə qarşı çox sayda bomba hücumları həyata keçirir.

Taliban öz İslam tərzini qəbul etdirmək və Pakistanın Əfqanıstanla sərhəd şimal-şərq bölgəsindəki bazalarına edilən hücumların qisasını almaq üçün on minlərlə pakistanlının həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm