• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Twitter”in yeni rəhbəri kürd oldu

  • Dünya
  • 15 Oktyabr 2015 11:09
  • 438 Baxış
“Twitter”in yeni rəhbəri kürd oldu

“Google” beynəlxalq şirkətinin sabiq idarəedicisi, İranda doğulmuş ABŞ vətəndaşı olan Omid Kordestani dünyaca populyar olan “Twitter” sosial şəbəkəsinin yeni icraçı direktoru təyin olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 1999-cu ildən bəri “Google” şirkətində çalışan O.Kordestani bildirib ki, o, yeni işində də bir çox yeniliklərə imza atacaq: “Dünyanı dəyişdirən bir şirkətdə çalışmaq mənim üçün qürurvericidir. Taleyimdən çox razıyam ki, mənə belə bir şirkətdə çalışmağı nəsib etdi. İndiyədək mənə dünyaca məşhur olan üç şirkətdə çalışmaq nəsib olub. Bunlar “Netscape”, “Google” və “Twitter”dir”.

Qeyd edək ki, Omid Kordestani İranda doğulsa da, ancaq kürd əsillidir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR