• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Venesiya müstəqil olmaq istəyir - İtaliya parçalanır

  • Dünya
  • 17 Mart 2014 11:42
  • 3 437 Baxış
Venesiya müstəqil olmaq istəyir  - İtaliya parçalanır

Min ildən uzun müddət müstəqil bir dövlət kimi mövcud olmuş Venesiya, 1866-cı ildə İtaliyaya ilhaq edilməsindən 148 il sonra yenidən müstəqillik üçün referenduma gedir.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Venesiyanın paytaxtı olduğu Veneto bölgəsində bu gündən etibarən internet üzərində keçirilməyə başlanan referendum 21 Marta qədər sürəcək.

Referendumda, Veneto bölgəsində yaşayanlara "Venetonun müstəqil və suveren bir federal respublika olmasını istəyirsinizmi?" deyə soruşulur.

Ayrılmaq tərəfdarı olan partiyalar illərdir Venetonun müstəqilliyi üçün kampaniya aprıb imza yığırdı.Keçən iyulda, Venetodakı yerli rəhbərliklər müstəqillik referendumu üçün bir təşkilat komitəsi təşkil etmiş, bu komitə də keçən sentyabrda 2014-cü il martın 16-nı referendum tarixi olaraq təyin etmişdi.

"Plebiscito.eu" adlı komitə, daha sonra asan olması üçün referendumun 21 Marta qədər davam etməsinə qərar verib. İnternet üzərində aparılan səs vermədə "bəli" nəticəsi çıxarsa bu qərarın milli və beynəlxalq sahədə tanınması üçün də yeni bir mübarizəyə girişilməsi gözlənilir.

Xatırladaq ki, keçmiş şəhər dövlətlərinin birləşməsindən ibarət olan İtaliyada hələ də bir çox bölgədə separatçı siyasətlər dəstək alır. Xüsusilə ölkənin şimalındakı zəngin bölgələrdə, cənubdakı kasıb bölgələrin yükünü daşıdıqları haqda rəy geniş yayılıb. Mərkəzi Roma hökumətinin bölgələrdən gələn gəlirləri istifadə etmə şəkli və bürokratiyanın asta-gəlliliyi də buna təsir edir. Qeyd edək ki, bundan əvvəl Şimali İtaliyanın da İtaliyadan ayrılması üçün referendum gedəcəyi haqda məlumatlar verilmişdi. http://publika.az/p/10074

Ölkənin ən zəngin bölgələrindən biri olan Venetoda adam başına düşən milli gəlir təxminən 30 min avrodur. Başlıca gəlir qaynaqları turizm, sənaye və ticarət olan 5 milyon nəfərlik bölgəyə ildə 60 milyondan çox turist gəlir.

Venetoda ediləcək referendumda müstəqilliyə "bəli" deyilməsi üçün kampaniya apran "Veneto si" (Veneto-bəli) komitəsi, müstəqilliyin alternativinin "bölgənin ölümü" olduğunu iddia edir. "Bəli"çilər, "Mədəni dünyaya aid ölkələr siyahısından getdikcə uzaqlaşan bir ölkəyə bağlı qalmaq artıq qeyri-mümkündür" deyir.

Veneto valisi Luca Zaia da referenduma dəstəyini "Roma, venetolulara hörmət etmir. Müstəqillik fikri xalqdan çıxdı, buna görə demokratik bir hadisədir" sözləriylə göstərir.

Plebiscito.euya görə, bölgədə keçirilmiş rəy sorğularında xalqın yüzdə 64-ünün müstəqillik fikirini dəstəklədiyini göstərir.

Xatırladaq ki, 7-ci əsrin sonunda qurulan Venesiya Respublikası 1797-ci ildə Napoleon tərəfindən fəth edilərək müstəqilliyini itirmiş, 1866-cı ildə da İtaliya Krallığına ilhaq edilmişdi.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR