• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Baş nazir məhkəməyə çağırıldı

  • Dünya
  • 16 Oktyabr 2015 03:37
  • 447 Baxış
Baş nazir məhkəməyə çağırıldı

Kataloniya hökumətinin sədri Artur Mas 2014-cü il noyabrın 9-da keçirilən müstəqillik sorğusuna görə ifadə vermək üçün muxtariyyətin Ali Məhkəməsinə çağırılıb.

Artur Masa dəstək məqsədi ilə məhkəmə binasının qarşısına 3 mindən çox insan, o cümlədən 400-dək bələdiyyə başçısı toplaşıb. Hökumət sədri ilə söhbət təxminən bir saat çəkib. O, ifadə verməkdən imtina edərək yalnız vəkillərinin suallarını cavablandırıb.

Oktyabrın 13-də həmin məhkəmə işi ilə bağlı hökumətinin keçmiş sədr müavini Joana Orteqa və təhsil müşaviri (naziri) İrene Riqau da ifadə veriblər. Onlar da Artur Mas kimi, Kataloniyanın müstəqilliyinə dair sorğunun keçirilməsini qanunsuz hesab edən İspaniya Konstitusiya Məhkəməsinin qərarına itaətsizlikdə şübhəli bilinirlər.

Xatırladaq ki, sorğuda rəyi soruşulanların 80 faizi muxtariyyətin tam suverenliyini dəstəkləyib. Bununla belə, sorğuda səsvermə hüququna malik ölkə əhalisinin yalnız 30 faizi iştirak edib.

Artur Mas, Joana Orteqa və İrene Riqau barəsində itaətsizlik, vəzifə cinayəti, dövlət vəsaitinin qanunsuz mənimsənilməsi, dövlət səlahiyyətlərindən qanunsuz istifadə üzrə dörd ittiham irəli sürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR