Prezidentliyə namizəd Donbas separatçılarını müdafiə etdi
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd Donbas separatçılarını müdafiə etdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp Niderlanddan Malayziyaya MH17 reysi ilə uçan “Boeing-777” təyyarəsinin separatçılar tərəfindən vurulduğuna əmin deyil.

Publika.az xəbər verir ki, amerikalı milyarder bu barədə CNN telekanalına bildirib.

Onun fikrincə, aviaqəzanın araşdırılması 50 il ləngisə də günahkarlar aşkar edilməyəcək. Tramp həmçinin əlavə edib ki, səhifəni çevirmək vaxtıdır: “Xarici münaqişələrə qarışmadan ABŞ-ın daxili problemlərinə diqqət çəkməyin vaxtı gəlib”.

ABŞ prezidentliyinə namizəd daha əvvəl Rusiyanın Suriyadakı hava əməliyyatlarını dəstəkləyib.

Qeyd edək ki, oktyabrın 13-də Niderland Təhlükəsizlik Şurasının sədri Çibbe Yaustra aviaqəza ilə bağlı istintaqın nəticələrini açıqlayıb. İstintaqın nəticəsinə görə, “Boeing-777” sərnişin təyyarəsi Şərqi Ukraynanın hava məkanında Rusiyanın “Buk” raketi ilə vurulub.

Xatırladaq ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm