Kim Çen In Ərdoğana mesaj göndərdi
Bizi izləyin

Dünya

Kim Çen In Ərdoğana mesaj göndərdi

Şimali Koreya lideri Kim Çen In gec də olsa, Ankaradakı terror aktı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Demokratik Xalq Respublikası Xalq Şurasının Kim Çenin adından göndərilən başsağlığı mesajı dövlət agentliyində dərc edilib.

Xatırladaq ki, Ankaradakı terror aktı oktyabrın 10-da törədilib. Terror aktı nəticəsində son məlumata görə, 99 nəfər dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm