• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putindən MDB liderlərinə xəbərdarlıq: “Biz onlara imkan verməməliyik ki...”

  • Dünya
  • 16 Oktyabr 2015 13:09
  • 1 298 Baxış
Putindən MDB liderlərinə xəbərdarlıq: “Biz onlara imkan verməməliyik ki...”

Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın Akmolin vilayətinin Burabay qəsəbəsində keçirilən zirvə toplantısında Rusiya aviasiyasının Suriyada keçirdiyi əməliyyatlar barədə məlumat verib.

Publika.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Putin Xəzər donanmasının da cəlb olunduğu əməliyyatların Suriya prezidenti Bəşər Əsədin rəsmi müraciəti əsasında həyata keçirildiyini və beynəlxalq hüquqa uyğun olduğunu deyib.

Dövlət başçısı Rusiya aviasiyasının Suriyada terrorizmə qarşı mübarizədə əhəmiyyətli nəticələr qazandığını bildirib: “Suriyalılarla əvvəlcədən uyğunlaşdırılmış mövqelərə havadan və dənizdən zərbələr endirən hərbi qulluqçularımız önəmli nəticələrə nail olublar. Onlar yüzlərlə terrorçu, silah-sursat anbarları və böyük miqdarda hərbi texnikanı məhv ediblər. Biz Yaxın Şərq ölkələri ilə işgüzar əlaqələri qurmağı bacarmışıq. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, İsrail və başqa ölkələrlə danışıqlar mərhələsindəyik. Amerika Birləşmiş Ştatları və Türkiyə ilə qarşılıqlı əlaqələri qaydaya salmağa təşəbbüs edirik", - Putin əlavə etdi.

Rusiya prezidenti həmçinin dövlət başçılarını MDB-nin xarici sərhədlərindəki vəziyyəti diqqətlə müşahidə etməyə çağırıb: “MDB-nin Terrorçuluğa qarşı mərkəzin effektiv fəaliyyətini təmin etmək, xüsusi xidmət orqanlarının işini əlaqələndirmək və daimi informasiya mübadiləsini həyata keçirməyi davam etdirmək lazımdır. Birliyin xarici sərhədlərində vəziyyəti diqqətlə müşahidə etmək xüsusilə əhəmiyyətlidir”.

Putin qeyd etdi ki, müxtəlif qiymətləndirilmələrə görə, İŞİD-in sıralarında MDB ölkələrindən 5 mindən 7 minə qədər döyüşçü vuruşur.

“Biz, əlbəttə, imkan verə bilmərik ki, onlar bu gün Suriyada qazandığı təcrübəni daha sonra bizim evimizdə tətbiq etsinlər”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR