Ərdoğan: “Bu silahlar sabah sizi nişan alacaq”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu silahlar sabah sizi nişan alacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 (“Böyük yeddilik”) çərçivəsində təşkil edilən W20 (Women 20 - qadın qrupu) zirvəsinin açılış mərasimində ABŞ və Rusiyaya qarşı sərt ittihamlar səsləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu gün dəstəklənilən terrorun sabah özlərinə qarşı çevriləcəyini deyib.

“Biz İŞİD-lə yanaşı, PKK, PYD və YPG-ni də insanlıq üçün eyni dərəcədə təhlükəli təşkilatlar olaraq görürük, hamısına qarşı da mübarizə aparırıq. Terror təşkilatları ilə mübarizədə Türkiyəyə kifayət qədər dəstək verməyənlər, bu təşkilatlara gizli şəkildə dəstək verənlər bölgə ilə birlikdə bütün dünyanı fəlakətə doğru sürüklədiyini bilməlidirlər. Suriyada yaşananlar inqilabi mübarizəni keçib, artıq Suriyada yaşananlar Suriya xalqının azadlıq mübarizəsidir. İŞİD və PKK kimi terror təşkilatları Suriya xalqının azadlıq mübarizəsinə qarşı döyüşür. Türkiyə bütün terror təşkilatlarına qarşıdır. Terrora qarşı olmaq əxlaqi bir duruşdur. Bu gün sizə lazım olduğu üçün dəstəklədiyiniz terror təşkilatları silahla sabah sizi nişan alacaq. Terrorun xarakteri budur. “Əl-Nüsra” Cəbhəsi də İŞİD-ə qarşı döyüşür. Amma “Əl-Nüsra”nı terror təşkilatı olaraq qəbul edirsiniz. Terror təşkilatının pisi və yaxşısı ola bilməz”, - Ərdoğan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm