• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MSK: “Hər dairə üzrə namizədlərə pulsuz efir vaxtının ayrılması qanunda yoxdur”

  • Dünya
  • 16 Oktyabr 2015 19:27
  • 255 Baxış
MSK: “Hər dairə üzrə namizədlərə pulsuz efir vaxtının ayrılması qanunda yoxdur”

“Bir dairədən namizədliyi qeydə alınmış şəxsin bütün ölkə üzrə özünün təşviqatını aparması o qədər də məntiqli görünmür. O namizəd təşviqatını öz dairəsi üzrə aparmalıdır. Bu baxımdan namizəd üçün yerli yayım şəbəkələri yararlı ola bilərdi”.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədli deyib.

MSK sədrinin müavini ötən parlament seçkilərində seçki dairələri üzrə namizədlərə pulsuz efir vaxtının ayrılmasına aydınlıq gətirib. Bildirib ki, bu, Azərbaycanda seçki prosesində istisna hal olub: “MSK o vaxt təşəbbüs qaldırmışdı, çalışırdıq ki, şərait yaradaq. Həmin şəraiti yaratmaqda məqsədimiz o idi ki, daha çox müzakirələr aparılsın. Lakin hər dairə üzrə qeydə alınmış namizədlərə pulsuz efir vaxtının ayrılması qanunda yox idi, bu, əlavə tədbirlər kimi MSK-nın təşəbbüsü ilə həyata keçirilib. Bunu da bir öhdəlik, mütləq edilməli hal kimi qiymətləndirmək düzgün deyil. Əslində, qanunun tələbinə görə bu, namizədin xeyrinə atılmış əlavə addım idi”.

N. Məmmədov qeyd edib ki, namizədlərin öz təşviqatlarını aparması, seçicilərinə öz proqramlarını çatdırması üçün çoxsaylı vasitələr, üsullar mövcuddur: “Seçicilərlə birbaşa görüş, təşviqat materiallarının hazırlanaraq yayılması, o cümlədən ödənişli əsaslarla KİV-də təşviqat aparılması bura daxildir. Bu KİV-ə ölkə üzrə yayımlananlar da daxildir. Yəni imkanlar həddən artıq çoxdur, ödənişsiz təşviqatla bağlı heç bir problem yoxdur. Ödənişli təşviqatla bağlı MSK-ya 50-yə yaxın KİV müraciət edib, istənilən namizəd bu imkanlardan istifadə edə bilər. Qanunun ödənişsiz təşviqat üçün imkan yaratdığı subyektlər isə bu seçkidə olmadı, YAP imtina etdi, digərləri üçün isə belə əsasların və imkanların yaradılması üçün heç bir qanuni öhdəlik yoxdur”. (APA).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR