Suriyadan sonra Yaxın Şərqdə daha bir müharibə ocağı
Bizi izləyin

Dünya

Suriyadan sonra Yaxın Şərqdə daha bir müharibə ocağı

Suriyada beynəlxalq güclərin davam etdiyi qarşıdurması fonunda Yaxın Şərqdə daha bir müharibə başlayır.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya güclərinə məxsus hərbi təyyarələr Yəmənin paytaxtı Sənanı bombalayıb. Ər-Riyadın əsas hədəfi Yəməndə İrana bağlı olan və hökumətə qarşı çıxan husilərdir.

İran mediası isə husilərin Səudiyyəyə məxsus F-16 qırıcısını vurduğunu, pilotun əsir götürüldüyünü yazıb. Ər-Riyad qaynaqları isə bu xəbəri təsdiqləməyib.

Yəməndə 7 aydır davam edən hava əməliyyatlatı nəticəsində 2 min 400-nün sivil vətəndaş olmaqla ən azı 5 min 300 nəfərin öldürüldüyü deyilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm