• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Malayziya sultanı üçün dəbdəbəli və qeyri-adi avtomobil hazırlanıb

  • Dünya
  • 17 Oktyabr 2015 07:45
  • 757 Baxış
Malayziya sultanı üçün dəbdəbəli və qeyri-adi avtomobil hazırlanıb

Avstraliyanın Brisben şəhərində keçirilən “King George Square” avtomobil sərgisində xüsusi olaraq Malayziya sultanı İbrahim İsmayıl üçün hazırlanmış yük avtomobili nümayiş olunub. Qeyri-adi maşın iki nəfərlik çarpayı, qırmızı ağacdan və mərmərdən hazırlanan mətbəxlə təchiz edilib.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, sultanın maşınında, həmçinin televizora qoşulmuş altı müşahidə kamerası quraşdırılıb. Avtomobilin kapotuna İbrahim İsmayılın idarə etdiyi Cohor sultanlığının rəmzi olan qızıldan hazırlanmış pələng heykəli bərkidilib.

Sultana aid nəqliyyat vasitəsinin qiyməti açıqlanmasa da, ekspertlər onun təxminən 480 min dollara başa gəldiyini deyirlər. Avtomobil saatda 100 kilometr sürət yığa bilir.

Cohor sultanlığı Malayziya yarımadasının cənubunda yerləşir və paytaxtı Cohor-Baru şəhəridir. Qeyri-adi maşını istehsal edən “Mack Trucks” şirkəti 1900-cü ildə qurulub. Kompaniyanın zavodları ABŞ, Avstraliya və Venesuelada yerləşir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR