Rusiya və İran neft üçün bir araya gəlir
Bizi izləyin

Dünya

Rusiya və İran neft üçün bir araya gəlir

Rusiya Energetika naziri Aleksandr Novak oktyabrın 21-də İrana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Energetika Nazirliyi yayıb.

Qeyd edək ki, bir müddət öncə İran mətbuatı Novakın səfəri zamanı Rusiya ilə İran arasında neft-qaz sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi haqqında informasiya yaymışdı.

Moskva bir neçə müddətdir öz neft şirkətlərinin İran bazarına girməsi üçün çalışır. Kreml artıq dəfələrlə İrana qarşı sanksiyalar tətbiq olunmazdan öncə sahibləndiyi neft yataqlarına yenidən yatırım qoymağa hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm