Sabah İrana qarşı sanksiyalar götürüləcək
Bizi izləyin

Dünya

Sabah İrana qarşı sanksiyalar götürüləcək

Avropa İttifaqı oktyabrın 18-də rəsmi olaraq İrana qarşı sanksiyaların aradan qaldırıldığını bəyan etməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə AFP agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qərar 2015-ci ilin sonunda qüvvəyə minə bilər. Bu müddətədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran tərəfinin nüvə razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləməlidir.

Qeyd edək ki, İran parlamenti iyulda “altılıq” ölkələri (BMT TŞ-nın 5 üzvü və Almaniya) ilə imzalanan sazişi bu günlərdə təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm