Türkiyə XİN: Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının İŞİD-ə aidiyyəti yoxdur
Bizi izləyin

Dünya

Türkiyə XİN: Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının İŞİD-ə aidiyyəti yoxdur

“Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının İŞİD-ə heç bir aidiyyəti yoxdur. Bunu yanlış edirlər”.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını şərh edərkən deyib.

Son günlər Rusiya rəsmiləri ilə Suriya məsələsinin müzakirə edilmədiyini deyən Türkiyənin xarici siyasət idarəsinin rəhbəri daha sonra bildirib:

“Ruslara bu mesajı verdik - bizim üçün əsas önəmli məsələ Suriyanın sabitliyi və təhlükəsizliyidir. Suriyadakı xaos Türkiyə üçün xarici təhlükəsizlik məsələsidir. Ruslar "Suriyanı parçalamaq niyyətimiz yoxdur" dedilər. Amma sonra bu sözlərinə uyğun davranmadılar. Rusiyanın hərbi hava əməliyyatlarını müşahidə edirik. Bu əməliyyatların İŞİD-lə heç bir əlaqəsi yoxdur. Ruslar daha çox Əsədin nəzarət etdiyi ərazidən kənar yerlərdə əməliyyatlar keçirirlər. Bu, Suriyanın bütövlüyünü qoruyacaq bir yol deyil".

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm