Hələbdə genişmiqyaslı hərbi əməliyyatlar başladı
Bizi izləyin

Dünya

Hələbdə genişmiqyaslı hərbi əməliyyatlar başladı

Suriyanın Hələb şəhərində genişmiqyaslı hərbi əməliyyatlara start verilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya havadan, Əsəd ordusu, “Hizbullah” qurudan Hələbin cənub hissəsinə genişmiqyaslı hücma keçib.

“Reuters” xəbər agentliyinə açıqlama verən Əsəd tərəfdarlarından biri İranın Suriyadakı hərbi əməliyyatlara bu qədər geniş tərkibdə ilk dəfə qoşulduğunu deyib. O, hücumla bəzi bölgələrin geri qaytarıldığını qeyd edib.

“Reuters”a danışan iki şəxs İranın Hələbdəki hücuma minlərlə əsgərdən ibarət hərbi birləşmələrlə dəstək verdiyini deyib.

Qeyd edək ki, rəsmi Tehran İran hərbi qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak etmədiyini iddia edir.

Lakin elə bu ölkənin mətbuatında İranın 3 yüksək rütbəli zabitinin Suriyadakı hərbi əməliyyatlarda ölməsi xəbəri yayılıb.

Hazırda 2 milyon insanın yaşadığı Hələb Əsəd rejimi ilə üsyançılar arasında iki hissəyə parçalanaraq döyüş meydanına çevrilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm