İran iqtisadiyyatı çökür
Bizi izləyin

Dünya

İran iqtisadiyyatı çökür

İran parlamenti sədrinin müavini Məhəmmədrza Bahünər oktyabrın 16-da jurnalistlərə açıqlaması zamanı ölkə iqtisadiyyatının böhranlı həddə gəlib çatması barədə xəbərdarlıq edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, M.Bahünər ölkə iqtisadiyyatının durğunlaşmasının rəsmi dairələri ciddi şəkildə narahat etdiyini bildirib.

M.Bahünər qeyd edib ki, İran iqtisadiyyatı inflyasiyadan uzaqlaşsa da, yaşanan mövcud durğunluğa görə ölkə iqtisadiyyatının durumu böhranlıdır:

“Hesab edirik ki, bu durğunluğu aradan qaldırmaq üçün hökumət ciddi addımlar atmalı, əməli tədbir görməlidir, əks halda, ölkə iqtisadiyyatının inkişafı gələn il sıfır həddinə enəcək. Elə buna görə də güman edirik ki, prezident Ruhani hökuməti bu durğunluqdan çıxış üçün təcili proqram hazırlayıb ortaya qoymalıdır”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm