• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Krım parlamenti müstəqillik haqqında qərar qəbul edib - YENİLƏNDİ

  • Dünya
  • 17 Mart 2014 14:31
  • 542 Baxış
Krım parlamenti müstəqillik haqqında qərar qəbul edib - YENİLƏNDİ

Rusiya Krımla bağlı Federasiya Şurasına müraciət edəcək

Rusiya prezidenti Vladimir Putin Krımın yeni bir ərazi subyekti kimi Rusiyaya birləşməsi ilə bağlı Federasiyası Şurasına müraciət edəcək.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının vitse-spikeri İvan Melnikov bildirib.

O, müraciətin sabah ediləcəyini söyləyib.

Qeyd edək ki, bu gün Krım parlamenti "Krımın müstəqilliyi haqqında" qərarı qəbul edib. Qərarın lehinə 85 deputat səs verib. Parlament həmçinin subyekt kimi Krımın Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi ilə bağlı təkliflə müraciət edib.

Dünən isə Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Ömər Dağlı

13.59

Krım parlamentinin deputatları "Krımın müstəqilliyi haqqında" qərar qəbul ediblər. Bu barədə parlamentin mətbuat mərkəzinin məlumatında deyilir.

Məlumatda bildirilir: "2014-cü il martın 17-də keçirilən KMR-in parlamentinin növbədənkənar plenar iclasında "Krımın müstəqilliyi haqqında" qərar qəbul edilib. Qərarın lehinə 85 deputat səs verib".

Parlament həmçinin subyekt kimi Krımın Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi ilə bağlı təkliflə müraciət edib: "Krım Respublikası KMR-in parlamentinin simasında RF-nin yeni subyekti kimi respublika statusunda Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı RF-yə müraciət edir".

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR