Ankara qətliamının təşkilatçısının telefon danışığı yayıldı
Bizi izləyin

Dünya

Ankara qətliamının təşkilatçısının telefon danışığı yayıldı

Ankara və Suruçdakı kamikadze partlayışlarının təşkilatçısı kimi adı keçən şəxsin telefon danışıqları dinlənilib.

Axar.az xəbər verir ki, Türkiyənin Adıyaman bölgəsindən olan Mustafa Dokumacının 2013-cü ildən bəri dinlənilən telefon danışıqlarının stenoqramı yayılıb.

Danışıqlarda Suriyada döyüşdüklərini qeyd edən Mustafa “Allaha həmd olsun, 45 nəfəri öldürdük” söyləyib. O, yanında adıyamanlı döyüşçülər olduğunu dilə gətirib. Arvadının da yanında olduğunu bildirən Mustafa Suriyanın Telabyad bölgəsində yerləşib.

Qeyd edək ki, 2014-cü ildə Türkiyənin Adıyaman prokurorluğunda onunla birlikdə Mehmet İşbar və Salin Küçüktaş barəsində cinayət işi başlanıb. Hər üç şəxs Əl Qaidə təşkilatına bağlılıqda ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm