Ukraynada səfərbərlik elan edildi
Bizi izləyin

Dünya

Ukraynada səfərbərlik elan edildi

Ukraynada səfərbərlik elan edildi

Ukrayna Ali Radası (parlament) Ukrayna prezidenti vəzifəsini icra edən, parlamentin spikeri Aleksandr Turçinovun “Qismən səfərbərlik Haqqında” fərmanını təsdiqləyib.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, fərmana 275 deputat tərəfdar çıxıb.

“Daxili siyasi vəziyyətinin kəskin pisləşməsi, Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi, Krım Muxtar Respublikası və Sevastopol şəhərində sosial gərginliyin artmasına görə Ukrayna Konstitusiyasının 17, 20, 106 və 112-ci maddələrini rəhbər tutaraq qismən səfərbərlik elan edirəm”, - fərmanda deyilir.

Sənədə əsasən səfərbərlik Dneprepetrovsk, Donetsk, Jıtomirski, Zakarpatya, Zaporojye, İvano-Frankovski, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovno, Sumsk, Ternopol, Xarkov, Herson, Xmelnitski, Çerkaski, Çernovisko, Çerniqov ərazilərində və Kiyev şəhərində həyata keçirilməlidir.

Səfərbərlik bu fərmanın qüvvəyə minməsindən 45 gün ərzində həyata keçirilir. Qanun layihəsinə görə , Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın hər birinə 20 min vətəndaş səfərbər ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm