İŞİD-in sirri açıldı: on minlərlə döyüşçünü necə topladı?
Bizi izləyin

Dünya

İŞİD-in sirri açıldı: on minlərlə döyüşçünü necə topladı?

İŞİD-in döyüşçüləri təşkilata cəlb etdiyi hər üzvə görə 10 min dollara qədər mükafat alırlar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi Elzbieta Karska Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

İŞİD-ə yeni üzvlərin qoşulmasını araşdıran komissiyanın rəhbəri olan Elzbieta Karskanın sözlərinə görə, yeni üzvləri İraq, ya da Suriyaya gətirənlərə 2, 3, hətta 10 min dollara qədər mükafat verilir. O qeyd edib ki, mükafatın məbləği yeni üzvlərin qabiliyyətindən asılıdır. Əgər gələn adam təhsillidirsə, məsələn kompüter proqramlarını bilirsə, mükafatın məbləği də artır.

ABŞ 2011-ci ildən bu yana Suriyaya təxminən 100 ölkədən 30 mindən çox döyüşçünün gəldiyini bildirir. Onların bir hissəsi ölkələrinə geri qayıdıb, digər hissəsi isə qarşıdurmalarda öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm