ABŞ Üsamə bin Ladenin əmisi oğlunu öldürdü
Bizi izləyin

Dünya

ABŞ Üsamə bin Ladenin əmisi oğlunu öldürdü

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin əmisi oğlu Sanafi əl-Nasr öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sanafi əl-Nasr Əl-Qaidə”nin Suriya qolu “Əl-Nüsra” Cəbhəsinin liderlərindən biri idi.

2012-ci ildən etibarən Suriya ordusuna qarşı döyüşən Sanafi əl-Nasr dünən axşam saatlarında ABŞ qırıcılarının Hələb vilayətinin Dana bölgəsində etdiyi bombardman zamanı öldürülüb. Onunla birlikdə “Əl-Nüsra” Cəbhəsinin daha iki üzvünün öldürüldüyü bildirilir.

Daha əvvəl “Əl-Nüsra”nın Lazikiye əmiri olan Nasr ABŞ-ın “qara siyahısı”nda idi. Ladenin əmisi oğlu olan Nasr Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi tərəfindən də axtarılırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm