Dünya
Filippində tufan: 4 ölü
Filippinin şimalında “Korri” tufanının yaratdığı daşqınlar və torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Xilasetmə xidmətinin məlumatında Nueva-Esiha əyalətində iki nəfərin boğulduğu, Tarlak əyalətində bir nəfəri elektrik cərəyanının vurduğu, digərinin isə paytaxt Manilada aşan ağacın altında qalması nəticəsində həlak olduğu qeyd edilir.
Sinoptiklərin məlumatına görə, tufan Aurora əyalətinin Kasiquran şəhərində torpaq sürüşməsinə səbəb olub. Saatda beş kilometr sürətlə əsən güclü küləyin şimal-şərq istiqamətində irəlilədiyi bildirilir.
Xəbər verdiyimiz kimi, oktyabrın 16-da ölkədə “qırmızı” səviyyəli qasırğa xəbərdarlığı elan olunub. “Korri” tufanının yaxınlaşması ilə əlaqədar Aurora və İzabela əyalətlərində əhali təxliyə edilib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!