İŞİD-in amerikalı komandiri öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in amerikalı komandiri öldürüldü

İraqın Ənbar vilayətində ordu qüvvələrinin təşkil etdiyi hücumlarda İŞİD terror təşkilatına ağır zərbə vurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatının 11 komandiri və 65 sıravi döyüşçüsü öldürülüb.

Vilayətin Rava mahalında 3 ayrı nöqtəyə təşkil edilən raket hücumunda 7 komandir və 47 döyüşçü məhv edilib. Əl-Qaim mahalında isə təşkilata aid bir silah anbarına təşkil edilən hücumda 4 komandir və 18 döyüşçü öldürülüb. Komandirlərdən birinin ABŞ vətəndaşı olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm