Gülən ikinci dəfə ömürlük həbs olundu
Bizi izləyin

Dünya

Gülən ikinci dəfə ömürlük həbs olundu

İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi 25 dekabr dövlət çevrilişi ilə bağlı hazırlanan iddianaməni qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1453 səhifəlik iddianamə ilə çevrilişə cəhd etməkdə şübhəli bilinən Fətullah Gülən üçün ikinci dəfə həbs qərarı çıxarılıb.

İddianamə İstanbul Respublika baş prokuroru İsmayıl Uçar tərəfindən hazırlanıb. “Çevrilişə cəhd”, “silahlı qruplaşma yaratma və idarə etmə”, “siyasi və ya hərbi casusluq məqsədiylə gizli məlumatlar əldə etmə” maddələri ilə Fətullah Gülənə qiyabi ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Bundan başqa, məhkəmə Gülənin köməkçisi Sinan Dursunun da qiyabi həbs olunması barədə qərar çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm