• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran Suriyada daha bir yüksək rütbəli hərbçisini itirdi

  • Dünya
  • 20 Oktyabr 2015 01:12
  • 507 Baxış
İran Suriyada daha bir yüksək rütbəli hərbçisini itirdi

İran Suriyada daha bir yüksək rütbəli hərbçisini itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun tərkibindəki "İmam Huseyn" briqadasının komandirlərindən olan polkovnik Müslim Hizab Suriyada həyatını itirib.

Suriya ordusunda hərbi məsləhətçi vəzifəsini yerinə yetirən polkovnikin nə vaxt öldürüldüyü bildirilməyib. Onun cənazəsinin İrana gətirilərək İsfahanda dəfn edildiyi xəbər verilir.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran bu ölkədə yüksək komandanlıq səviyyəsində ciddi itkilər verir. İran ötən həftə Suriyada 3 generalını itirib. Bununla da, 2013-cü ilin fevralından indiyə kimi Suriyada öldürülən iranlı generalların sayı 8-ə çatıb.

Son günlərdə ən çox diqqətçəkən itki oktyabrın 9-da general Hüseyn Həmədaninin Hələbdə öldürülməsi olub. Həmədani İran İslam İnqilabı Keşikçilər Korpusunun tərkibindəki “Qüds Ordusu”nun komandiri general Kasım Süleymaninin köməkçisi idi. Onun İŞİD terror təşkilatı tərəfindən öldürüldüyü iddia edilir.

Oktyabrın 13-də isə “Əbu Zəhra” adı ilə tanınan Həcc Hamid Muhtarbend və Ferşad Hasunizade Suriyanın Hama şəhərində öldürülüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR