Məşhur rejissorun oğlu “Əl-Nüsra” Cəbhəsinə qoşuldu - VİDEO
Bizi izləyin

Dünya

Məşhur rejissorun oğlu “Əl-Nüsra” Cəbhəsinə qoşuldu - VİDEO

“Hollywood”da bir sıra məşhur filmlərin çəkilişində iştirak edən rejissor köməkçisi Patrik Kinneyin oğlu Lukas Kinney “Əl-Nüsra” Cəbhəsinin sıralarına qoşulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, katolik xristian olaraq yetişdirilən və Londonda doğulan 26 yaşındakı Lukas Kinney islam dinini qəbul edərək Abu Basir əl-Britani adını alıb.

Lukasdan müxtəlif tarixlərdə elektron məktublar alan ailəsi onun hava zərbələri nəticəsində ölə, yaxud da kamikadze ola biləcəyindən narahatdır. Lukasın atası Patrikdən boşanan Deborah Fipps Lukasın hazırda bir hədəf olduğunu bildirib. “Oğlumun İŞİD-ə qatılmasındansa “Əl- Nüsra” Cəbhəsinə qoşulmasına sevindim, amma yenə də narahatam. Keçən il analar günündə oğlumun atası ilə telefonda danışdım. Mənə telefonda oğlumuzun ölmüş ola biləcəyini, çünki internetdə gördüyü bir görüntüdə oğlumuza bənzəyən birinin yataqda uzandığını, görüntüdən onun sağ olub-olmadığını anlaya bilmədiyini söyləyib”, - anası deyib.

Deborah Fipps yaralanan Lukasın ağır əməliyyat keçirdiyini və 18 ay döyüşə bilmədiyini deyib. Anası aylardır xəbər ala bilmədiyi oğlunun evləndiyini qeyd edib.

Qeyd edək ki, Lukasın atası “Hollywood”da çəkilən “İlk qan”, “Günəş imperatorluğu” və “Cəsur ürək” kimi filmlərdə rejissor köməkçisi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm