• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hər il 1 milyon 250 min insan bu bəladan ölür

  • Dünya
  • 20 Oktyabr 2015 09:30
  • 411 Baxış
Hər il 1 milyon 250 min insan bu bəladan ölür

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hər il dünyada yol qəzası səbəbindən 1 milyon 250 min nəfərə qədər insan dünyasını dəyişir ki, bunun qarşısını almaq mümkündür.

Dünyanın 180 ölkəsindən alınan məlumatlara əsasən, hazırlanan hesabatda deyilir ki, yol qəzası səbəbi ilə ölüm halları sabit xarakter alıb. Digər tərəfdən isə dünyada əhalinin artımının avtomobillərin də artmasına yol açdığının yaxşı hal olduğu deyilir. Lakin avtomobil qəzaları nəticəsində 15-29 yaşlı gənclərin ölməsi xüsusi qeyd edilir.

Təşkilatın hesabatında, eləcə də yoxsul dövlətlərlə zəngin dövlətlər arasında yol hərəkəti təhlükəsizliyi və ölüm hallarının fərqinin böyük olduğu deyilir.

Hesabatda deyilir ki, avtomobillərin yalnız 54 faizinin bu ölkələrə aid olmasına baxmayaraq, qəzaların 90 faizi dünyanın yoxsul və ortagəlirli ölkələrində baş verir.

Ümumdünya Səhiyyə Təşkilatından Etin Kroqun dediyinə görə, yol qəzaları səbəbindən ölüm hallarının çoxu Afrika və Yaxın Şərq ölkələrinin payına düşür: “Dünya avtomobillərinin yalnız 2 faizi Afrikadadır, lakin yol qəzası səbəbindən ölənlərin sayına görə Afrika birinci yerdədir. İsveç, Böyük Britaniya və Hollandiya kimi ölkələrdə isə bir sıra tədbirlər həyata keçirməklə son 10 ildə yol qəzası səbəbindən ölüm hadisələri 80 faizdən çox azalıb. Biz sürətdən, spirtli içki içərək avtomobil sürməkdən, təhlükəsizlik kəmərindən, motosiklet sürərkən dəbilqədən istifadə etməkdən və avtomobillərdə uşaqlar üçün ləvazimatı nəzərdə tuturuq”.

Etin Kroq son 3 ildə 17 dövlətin yol təhlükəsizliyi qanunlarına riayət etməklə böyük nailiyyət əldə etdiyini deyir. O, yol qəzasından sonra təcili yardımın da həyatların xilasında böyük rol oynadığını bildirir.

Hesabatda deyilir ki, dünya boyu yol qəzası səbəbindən velosiped sürücüləri və piyadalar arasında ölüm halları 26 faizdən çoxdur ki, bunun da 33 faizi Afrikanın payına düşür. Hesabatda dünyada satılan avtomobillərin 80 faizinin təhlükəsizlik standartlarına uyğun gəlmədiyi də bildirilir (“Amerikanın səsi”).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR