Kompüterlərin sürəti min dəfə artacaq
Bizi izləyin

Dünya

Kompüterlərin sürəti min dəfə artacaq

Kompüterlər bu günkündən min dəfə sürətli olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sürətin əldə olunması üçün RAM və SSD-ləri birləşdirən texnologiya gəlir.

Yeni qurğu bu iki sistemin yaddaşını tək yaddaşda birləşdirəcək. Onunla idarə olunan kompüterlərin sürəti min dəfə artacaq.

Yeni sistemin ilk nümunələri gələn il bazara çıxacaq. İndi RAM-lar çox bahalıdır və kompüterdə problem yaranan zaman məlumatlar silinir. Ona görə də, kompüter istehsalçıları RAM və arxivləşdirməni ayrı-ayrılıqda təqdim edir.

Yeni sistem isə bu iki xidməti birləşdirmiş olacaq.

Qeyd edək ki, RAM (ingiliscə - Random Access Memory) mikroprosessorlu sistemlərdə məlumat anbarı hesab edilir. İnsanda beyin, maşında mühərrik hansı vəzifəni icra edirsə, kompüterdə RAM da həmin funksiyanı həyata keçirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm