• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənistan Türkiyədən üzr istəməyi tələb etdi

  • Dünya
  • 20 Oktyabr 2015 14:30
  • 585 Baxış
Ermənistan Türkiyədən üzr istəməyi tələb etdi

Ermənistan parlamentinin üzvü Tevan Poqosyan NATO Parlament Assambleyasının sessiyasında türk hərbi vertolyotlarının Ermənistanın hava sərhədlərini pozması haqqında NATO-nun baş katibi Yens Stoltenberqə məlumat verib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Poqosyan bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məsələ NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın diqqətinə də çatdırılıb. “Əgər NATO həqiqətən də sərhədlərin təhlükəsizliyini qiymətləndirirsə, o halda ittifaq Türkiyənin adından üzr istəməlidir”, - Poqosyan vurğulayıb.

Oktyabrın 10-da Ermənistan Mülki Aviasiyası Baş İdarəsinin müdiri Artyom Movsisyan “Qraparak” qəzetinə bildirib ki, 6 və 7 oktyabr tarixlərində Türkiyənin hərbi vertolyotları Ermənistanın hava sərhədini iki dəfə pozub. Vertolyotlar 2-4 dəqiqə Ermənistan hava məkanında olub.

Ermənistan mediasının yazdığına görə, türk vertolyotlarının müdaxiləsi barədə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bəyanat verməyib.

“Nəzərə alaq ki, Ermənistanın hava məkanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasıdır. NATO Rusiya təyyarələrinin Türkiyənin hava məkanını pozması ilə əlaqədar dərhal reaksiya verdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı susqunluğuna görə Ermənistandan üzr istəməlidir”, - “Lragir” nəşri yazıb.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının aviasiya bölməsindən isə bildirilib ki, türk vertolyotlarının Ermənistanın hava məkanını pozması haqqında siqnalın alınmasından dərhal sonra Rusiyanın “MİQ-29” qırıcısı havaya qalxıb. Qeyd olunub ki, rus qırıcısı türk vertolyotunu enməyə məcbur etməyə sadəcə vaxt tapmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR