Avropa iki düşərgəyə bölündü
Bizi izləyin

Dünya

Avropa iki düşərgəyə bölündü

Avropa Rusiya barəsində parçalanmağa başladı

Rusiyaya qarşı qəbul olunacağı gözlənilən sanksiyalarla bağlı Avropadakı fikir ayrılıqları artıq özünü göstərməyə başlayıb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstriya xarici işlər naziri Sebastian Kurts Vyananın Rusiya barəsində iqtisadi sanksiyaların tətbiqinə qarşı çıxdığını bildirib.

Ukraynadakı vəziyyətlə bağlı Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirdiyi toplantıdan əvvəl jurnalistlərə açıqlama verən S.Kurts xarici siyasət idarələri başçılarının sanksiyaların ikinci pilləsinə keçiddən uzaq olduğunu söyləyib.

“Düşünürəm ki, biz sanksiyaların növbəti pilləsinə keçid məsələsinə baxmamalıyıq. Əksinə, ümid etmək olar ki, buna heç ehtiyac olmayacaq”, - Avstriya xarici işlər naziri deyib.

Ötən həftə isə “Röyters” informasiya agentliyinə ittifaqının yüksək səlahiyyətli nümayəndələrindən biri Rusiyaya qarşı ikinci sanksiyalar paketini hazırladıqlarını bildirmişdi. Sanksiyalar paketinə Avropa İttifaqı ölkələrinə girişin qadağan olunması, aktivlərin dondurulması və başqa məhdudiyyətlər daxildir. Moskva bundan sonra da situasiyanın yumşalmasına başlamasa, Avropa İttifaqı-Rusiya sammitinin təxirə salınacağı da istisna deyil. Bununla belə, sanksiyaların nə vaxt tətbiq ediləcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, Avropa İttifaqı ilkin mərhələ olaraq Rusiya ilə viza rejimi və sərmayələr üzrə danışıqları dayandırmaq qərarına gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm