ABŞ Azərbaycanın da qatılacağı hərbi təlimlərlə bağlı qərar verdi
Bizi izləyin

Dünya

ABŞ Azərbaycanın da qatılacağı hərbi təlimlərlə bağlı qərar verdi

ABŞ Azərbaycanın da qatılacağı hərbi təlimlərlə bağlı qərar verdi

ABŞ iyul ayında Qərbi Ukraynada keçirilməsi planlaşdırılan hərbi təlimləri ləğv etmək niyyətində deyil.

Publika.Az – ın “ArmyTimes” portalına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının mətbuat katibi Devid Vestovera bildirib.

O, bildirib ki, Ukraynadakı hadisələrə baxmayaraq, ABŞ planlaşdırılan hərbi təlimləri keçirmək niyyətindədir. Qeyd edək ki, “Rapid Trident-2014” təlimlərinin Lvov yaxınlıqda keçirilməsi nəzərdə tutulub. Hərbi təlimlərdə Ermənistan, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Rumıniya, Böyük Britaniya, ABŞ və Ukrayna hərbi bölmələri iştirak edəcək. Təlimlərə hazırlıq mayda başlayacaq.

ABŞ bu il iyun ayında Rusiya ilə birgə Çelyabinskidə hərbi təlimlərin də keçirilməsini planlaşdırırdı. Lakin martın 3-də Rusiyanın Krıma hərbi müdaxiləsinə cavab olaraq Pentaqon ruslarla bütün hərbi əməkdaşlığı kəsdiyini elan edib.

D.Vestover bildirib ki, Rusiyanın Çelyabinsk vilayətində keçirilməsi planlaşdırılan və sülhün birgə dəstəklənməsinə yönələn “Atlas Vision 2014” manevrələri ləğv edilir. O, qeyd edib ki, Rusiya-ABŞ hərbi təlimləri Moskva və Vaşinqtonun münasibətlərinin normallaşacağı halda bir başqa vaxtda keçirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm