Tarixə ən cavan “uşaq” kimi düşdü - FOTOLAR
Bizi izləyin

Dünya

Tarixə ən cavan “uşaq” kimi düşdü - FOTOLAR

ABŞ vətəndaşı Bruk Qrinberq dünya tarixinə ən cavan “uşaq” kimi düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nadir “X sindromu” genetik xəstəliyindən əziyyət çəkmiş Bruk fiziki inkişafdan geri qalıb. Bu səbəbdən də azyaşlı uşağa bənzəyir. 1993-cü ilin 8 yanvarında dünyaya gəlmiş oğlan doğularkən 1,8 kiloqram olub. Bir il sonra onun çəkisi 3,4 kiloqram təşkil edib. Lakin Brukun çəkisi bundan sonra artmayıb. O, 14 yaşında 7,2 kiloqram olub. Boyu isə 76 santimetr imiş.

4 yaşında 14 günlük yuxuya gedən uşaq 2 həftədən sonra ayılıb. ABŞ-ın ən prestijli klinikalarında müayinələrdən keçən uşağa heç bir həkim dəqiq diaqnoz qoya bilməyib. Bu səbəbdən də onun xəstəliyi “X sindromu” (naməlum sindrom) adlandırılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm