Dünya
Avropada maliyyə böhranı 50 min atı uddu
Avropada maliyyə böhranı illərində 50 min at itib.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Ərzaq təhlükəsizliyi üzrə ekspert Kris Elliot bildirib ki, heyvanlar 2008-ci il maliyyə böhranından sonra itməyə başlayıb. O, qeyd etdi ki, Avropada yaşayan ailələr ehtimal ki, saxlamaq çətin olduğu üçün atları satıb. Ekspertin sözlərinə görə, heyvanlar beləliklə cinayətkarların əllərinə düşürdülər.
Ekspert xəbərdarlıq edir ki, öldürülmüş heyvanların əti ucuz yarımfabrikat məhsulların hazırlanması üçün istifadə oluna bilərdi.
“50 min at sadəcə yoxa çıxdı. Kiməsə inanılmaz görünə bilər, amma miqyas olduqca böyükdür. Yeyinti sənayesində dələduzluq biznesdir. Burada milyardlarla funt sterlinq dövriyyə edir”, - Eliotta deyib.
Ömər Dağlı
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı