İŞİD yeni hərbi güc qurub
Bizi izləyin

Dünya

İŞİD yeni hərbi güc qurub

İŞİD terror təşkilatı İraqın Mosul şəhərində “Hasibe” adı ilə yeni hərbi güc formalaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə Şimali İraq kürd muxtariyyətinə yaxınlığı ilə tanınan “Rudaw” saytına Mosul sakini Hacı Hüseyn Xələf bildirib.

“İŞİD-in bəzi üzvləri polis, bəziləri isə əsgər vəzifəsini yerinə yetirir. Mosulda təşkilatın gözü-qulağı olan insanlar var. Valilik ilə Səddam Hüseynin saraylarına gedən küçələr vətəndaşların istifadəsinə bağlıdır”, - o, deyib.

Hacı Hüseyn Xələf bildirib ki, yaradılan “Hasibe” gücü şəhərdə şəriət qaydalarına əməl olunmasına nəzarət edir: “Təşkilatın polisləri şəhərdə patrul keşiyi çəkir. Mosulda həyatda qalmaq üçün beş vaxt namazı məsciddə camaatla qılmaq lazımdır. Təşkilatın verdiyi bütün qərarlara etiraz etmək qadağandır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm