Türkiyə Əsədlə bağlı şərtini açıqladı: bu müddətdə...
Bizi izləyin

Dünya

Türkiyə Əsədlə bağlı şərtini açıqladı: bu müddətdə...

Türkiyə altı ay sonra iqtidardan getmək şərti ilə Suriyada Bəşər Əsədin iştirak etdiyi keçid hökumətini qəbul etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Türkiyə hökumətindəki yüksək vəzifəli 2 səlahiyyətli bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl keçid hökumətində Bəşər Əsədin ola biləcəyi barədə açıqlama vermişdi.

“Yeni Şafak” nəşrinin yazarı Abdülkadir Selvi hazırda müzakirə edilən həll planının detallarını qələmə alıb. Yazar qeyd edir ki, Türkiyənin də daxil olduğu və “9-lar” adlanan ölkələr qrupunun təklif etdiyi həll planında Əsədin vəzifəsində səlahiyyətləri məhdudlaşdırılaraq saxlanılması nəzərdə tutulur. Plana görə, “Muhaberat” (Suriyanın kəşfiyyat xidməti) və Suriya ordusu Əsəd deyil, keçid hökumətinə bağlı olmalıdır. Keçid hökumətinin rəhbərliyi həm Əsədin gələcəyini müəyyənləşdirməli, həm də ölkəni Əsəddən sonrakı dövrə hazırlamalıdır.

Rusiyanın istəyi isə odur ki, Əsəd müharibə cinayətlərinə görə mühakimə olunmasın, ailəsinin təhlükəsizliyi təmin edilsin və hansı ölkədə yaşayacağına dair özü qərar versin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm