Deputatlığa namizəd dələduzluqda ittiham olunur
Bizi izləyin

Dünya

Deputatlığa namizəd dələduzluqda ittiham olunur

Türkiyədə noyabrın 1-də keçiriləcək seçkilərə Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olan Mahmut Han Şahin dələduzluqda ittiham olunur.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, M.H.Şahin telefonla ayrı-ayrı imkanlı şəxslərə zəng edərək, onları aldatmaqda günahkar bilinir.

CHP-li namizədin aldatdığı sonuncu qurban isə türkiyəli professor Erdener Yurtcan olub. Belə ki, M.H.Şahin E.Yurtcandan 6 milyon türk lirəsi alaraq qaytarmayıb.

Mahmut Han Şahin özünü hakim və polis kimi təqdim edərək, müxtəlif şəxslərlə telefonla görüş təyin edib. Onları aldadaraq külli miqdarda vəsait alıb.

Faktla əlaqədar zərərçəkən şəxslər istintaqa çağırılaraq ifadələri alınır. İstanbul Prokurorluğu müvafiq araşdırmalara başlayıb, CHP-li namizəd həbs oluna bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm