• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-ın Rusiya qorxusu: İraqa yeni hücum planı hazırlanıb

  • Dünya
  • 21 Oktyabr 2015 17:51
  • 1 194 Baxış
ABŞ-ın Rusiya qorxusu: İraqa yeni hücum planı hazırlanıb

İŞİD-ə qarşı bir ildən çoxdur davam edən əməliyyatların nəticə verməməsi və Rusiyanın Suriyada başladığı hava əməliyyatları ABŞ-ı strategiyasını dəyişdirməyə məcbur edib.

Publika.az İngiltərənin “Times” nəşrinə istinadən xəbər verir ki, ABŞ İraqda yeni hücumu planlaşdırır.

“Times”a görə, ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin sədri Cozef Danfordun rəhbərliyi ilə hazırlanan plan İŞİD-lə bir neçə cəbhədə vuruşmağa imkan yaradacaq. Plana görə, Suriya və İraqın kürd gücləri, İraq ordusu və İranın dəstəklədiyi şiə birlikləri eyni vaxtda hücuma keçəcək.

“Times”ın xəbərində deyilir ki, ABŞ İraqda İŞİD-in əlində olan Ramadi və Mosul kimi böyük şəhərlərin azad edilməməsindən narahatdır.

Rusiyanın İraqda İŞİD əleyhinə hücum əməliyyatlarına başlamaq üçün Bağdaddan icazə istədiyi barədə xəbərlərin yayıldığı bir vaxtda general Danford İraqda yenidən təşəbbüsü ələ keçirmək və hava hücumlarını genişləndirməyi planlaşdırır. İki həftə əvvəl bu vəzifəyə təyin edilən Danford yeni planı rəsmiləşdirmək üçün oktyabrın 20-də kürd muxtariyyətinin admnistarsiyası Ərbilə gəlib.

Bağdadda İraqın baş naziri Haydar əl-İbadi ilə görüşən amerikalı general hədələyici tonda danışıb. O bildirib ki, İraq İŞİD terror qruplaşmasına qarşı əməliyyatların keçirilməsi üçün Rusiyadan kömək istəsə, ABŞ İraqa yardımı dayandıracaq.

İngilis nəşri eyni zamanda qeyd edir ki, ABŞ-ın yeni planında yer verilən iraqlı kürdlər əksəriyyət təşkil etdiyi bölgələrdən kənarda vuruşmağa müsbət baxmırlar. “Peşmərgə gücləri Mosuldan cəmi 14,5 kilometr uzaqlıqdadır. ABŞ Mosulun azad edilməsi üçün həyata keçiriləcək əməliyyatın payıza qədər başa çatacağını bildirmişdi. Ancaq kürd gücləri irəliləmək üçün hər hansı bir cəhd etmədilər”, - nəşr yazıb.

Fərhad Kadir adlı peşmərgə də kürdlərin Mosul üçün özlərini fəda edəcəklərini düşünmədiyini deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR