Zorlanmalar, oğurluqlar, qətllər – turizm üçün ən təhlükəli ölkələr – FOTOLAR
Bizi izləyin

Dünya

Zorlanmalar, oğurluqlar, qətllər – turizm üçün ən təhlükəli ölkələr – FOTOLAR

Dünyada elə bir insan tapılmaz ki, gəzməyi, səyahət etməyi sevməsin. Bu səfər xüsusən heç zaman olmadığın yerlərə baş tutanda maraqlı olur. Lakin dünyanın elə ölkələri də var ki, ora turist, qonaq kimi səfər etsəniz, bu, sizin sonuncu səfəriniz ola bilər. Başqa sözlə desək, belə ölkələrə getmək həyatınız bahasına başa gələ bilər.

Publika.az dünyanın turist səfərləri üçün ən təhlükəli ölkələrinin adlarını təqdim edir.

Əhalisi aclıq çəkən ölkələrdən olan Sudan turistlər üçün arzuolunmaz ölkədir. Əhalisinin beşdə bir hissəsinin gündəlik gəlirinin cəmi 1,2 dollar təşkil etdiyi Sudanda hakimiyyət orqanları tamamilə korrupsiya çirkabına bulaşıb. Vətəndaş müharibəsinin davam etdiyi bu ölkədə qətllər, zorlamalar adi hal alıb.

Latın Amerikasının turizm üçün gəzməli yerləri sizi cəlb edə bilər. Amma Meksikada hüquq-mühafizə orqanları ilə narkomafiyalar arasında arasıkəsilməz müharibə gedir. Xüsusən ölkənin cənubunda mafioz qüvvələrin cinayətləri tüğyan edir. Buna görə də ora səfər etmək məsləhət deyil.

Arzuolunmaz ölkələrin siyahısına Honduras da daxildir. Ölkədə təkcə ötən il 81 ağır cinayət törədilib. Ona görə də Hondurasda gəzintiyə hüquq-mühafizə orqanlarının müşayiəti ilə çıxmaq məsləhətdir.

Dominikanda da insan həyatı çox qiymətsizdir. Hökumət nümayəndələri turistlərə onların səfəri üçün nəzərdə tutulmuş ərazidən kənara çıxmamağı məsləhət görür. Bu ölkənin La-Altaqrasiya və Santo-Dominqo şəhərləri xüsusən kriminallaşıb.

Çad. Hətta beynəlxalq təşkilatların nümayəndələri bura humanitar missiya ilə getmək istəmirlər. Mərkəzi hakimiyyət, demək olar, yox dərəcəsindədir. Ölkədə həbslər dalğası, məhkəməyəqədərki cəzalanmalar, zorlama tüğyan edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm