• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Netanyahudan şok açıqlama: “Hitler yəhudiləri məhv etmək istəməyib”

  • Dünya
  • 21 Oktyabr 2015 21:56
  • 1 453 Baxış
Netanyahudan şok açıqlama: “Hitler yəhudiləri məhv etmək istəməyib”

İsrailin baş naziri Benyamin Netanyahu Almaniyanın keçmiş lideri Adolf Hitlerlə bağlı gözlənilməz bir açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünən Qüdsdə təşkil edilən 37-ci Dünya Sionist Konqresində danışan Netanyahu Hitlerin yəhudiləri məhv etmək fikrinin olmadığını deyib.

Baş nazirin sözlərinə görə, Hitler yəhudiləri sürgün etmək istəyib, lakin fələstinli müfti Hacı Emin Hüseyn onu yəhudiləri məhv etməyə razı salıb. Hitler də fikrini dəyişib.

Məlumata görə, Netanyahunun bu açıqlaması yəhudi soyqırımını araşdıran ən tanınmış tarixçilər tərəfindən rədd edilib.

Qeyd edək ki, II Dünya Müharibəsi illərində 6 milyon yəhudinin soyqırıma məruz qaldığı bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR