Putin Əsədlə görüşü barədə Ərdoğana məlumat verdi
Bizi izləyin

Dünya

Putin Əsədlə görüşü barədə Ərdoğana məlumat verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin türkiyəli həmkarına Suriya prezidenti Bəşər Əsədlə dünən keçirdiyi görüş barədə məlumat verib.

Məlumata görə, Ərdoğan Suriyadakı son proseslər barədə narahatlığını Putinin diqqətinə çatdırıb. Türkiyə prezidenti həmçinin qeyd edib ki, Hələb və ətraf bölgələri hədəf alan hücumlar yeni bir köç dalğasını yarada bilər.

Ərdoğan PYD və YPG-nin PKK ilə əlaqələrinə də diqqəti çəkib və Türkiyənin İŞİD də daxil olmaqla bütün terror təşkilatları ilə mübarizəyə əhəmiyyət verdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm