Moskvada miqrant “ovu” başladı
Bizi izləyin

Dünya

Moskvada miqrant “ovu” başladı

Rusiyanın paytaxtı Moskvada polis təxminən 500 miqrantı saxlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Komitəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Onun sözlərinə görə, saxlanılan miqrantların Rusiya Federasiyasının ərazisində, həmçinin paytaxtda törədilən cinayətlərdə iştirakı yoxlanılacaq.

Məlumata görə, Moskvada bir neçə gündür ki, “Miqrant” adlanan operativ-profilaktik əməliyyat keçirilir. Miqrasiya qanunvericiliyinin pozulması faktlarının üzə çıxarılması üçün yaşayış evləri, yataqxanalar, inşaat meydançaları yoxlanılır. Saxlanılan miqrantlar polis bölmələrinə aparılır və cinayətlərdə, eləcə də digər qanun pozuntularında iştirakı yoxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm