Rusiya ABŞ üçün uzunmüddətli hərbi təhlükədir – SORĞU
Bizi izləyin

Dünya

Rusiya ABŞ üçün uzunmüddətli hərbi təhlükədir – SORĞU

Amerikalılar Rusiya və Suriyanı gələcəkdə ABŞ üçün təhlükə kimi qəbul edirlər.

Publika.az xəbər verir ki, bu barədə Amerikada keçirilmiş sorğunun nəticələrinə istinadən “The Wall Street Journal” nəşri yazıb.

Respondentlərin 53 faizi bu fikirdədir ki, Suriya tezliklə ABŞ üçün təhlükə ola bilər, 23 faizi isə Suriyanı bilavasitə təhlükə hesab edirlər. Sorğuda iştirak edənlərin yalnız 16 faizi Suriyadan heç bir təhlükə görmür.

Respondentlərin 60 faizi Rusiyanı uzunmüddətli hərbi təhlükə hesab edir. Rusiyanı ABŞ üçün təhlükəli hesab etməyənlər isə 23 faiz təşkil edir.

Sorğu həmçinin göstərib ki, amerikalıların yalnız 34 faizi Yaxın Şərq münaqişəsində prezident Barak Obamanın mövqeyini dəstəkləyir. Respublikaçıların 81 faizi, demokratların isə 28 faizi Obamanın siyasətindən razı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm