Kəşfiyyatdan ŞOK XƏBƏRDARLIQ: partiya sədrləri təhlükədə - VİDEO
Bizi izləyin

Dünya

Kəşfiyyatdan ŞOK XƏBƏRDARLIQ: partiya sədrləri təhlükədə - VİDEO

Ankarada oktyabrın 10-da həyata keçirilən qanlı terror aktından sonra Türkiyə Daxili İşlər Nazirliyi kəşfiyyat məlumatlarına istinad edərək bütün vilayətlərə xəbərdarlıq yazısı göndərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərdarlıqda bütün partiya başçılarının və partiya qərargahlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.

Xəbərdarlıqda bildirilir ki, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirdaş başda olmaqla partiyanın rəhbər şəxsləri, millət vəkilləri və namizədləri, o cümlədən HDP-nin təşkil edəcəyi mitinqlərə hücum ola biləcəyi barədə kəşfiyyat məlumatları əldə olunub. Digər partiyaların da terror aktlarının hədəfi olması istisna edilmir və xəbərdarlıqda bütün partiyaların rəhbər şəxslərinin və qərargahlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib sayılıb.

Türkiyə təhlükəsizlik strukturlarının verdiyi məlumata görə, oktyabrın 10-da da terrorçuların əsas hədəfi məhz HDP-nin Ankaradakı baş qərargahı olub. Lakin həmin gün sülh mitinqinin keçiriləcəyini öyrənən terrorçular planlarında dəyişiklik ediblər.

Xatırladaq ki, Ankara dəmir yolu stansiyasının yaxınlığında baş verən terror aktında 102 nəfər dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm