Federasiya, rus dili, neytrallıq - Ukrayna böhranının həlli üçün ŞƏRTLƏR
Bizi izləyin

Dünya

Federasiya, rus dili, neytrallıq - Ukrayna böhranının həlli üçün ŞƏRTLƏR

Rusiya Ukrayna böhranın həlli üçün Kiyevə şərtlərini göndərdi

Rusiya Ukrayna üçün beynəlxalq dəstək qrupunun formalaşdırılmasını təklif edir.Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Rusiya Ukrayna parlamentinin yeni federativ konstitusiyanın hazırlanması üçün ölkənin bütün regionlardan nümayəndələrin iştirak edəcəyi konstitusiya iclasını çağırmağa səsləyir.

Rusiya Xarici İşlər Nazirliyi bu konstitusiyada bütün milli azlıqların hüquqlarının qorunması, siyasi partiyalar və kütləvi informasiya vasitələrinin fəaliyyətinin müdafiəsi, həmçinin neytral hərbi-siyasi statusa malik olan demokratik federativ dövlətin qurulmasının təsbit olunmasını təklif edir. Təklif olunan bir başqa məsələ isə rus dilinə ikinci dövlət dili, həmçinin regional dillərə Avropa Konvensiyasına uyğun olaraq statusun verilməsidir.

Federal subyektlərə müstəqil olaraq öz qanunverici orqanlarını seçmək, kilsə işlərinə və dinlərarası münasibətlərə qarışmağı qadağan edilməsi, həmçinin konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması təklif edilir.

“Yuxarı ifadə edilmiş məqsəd və prinsiplərin məcmusu əsasında yaradılmış Ukraynanın dövlət quruluşu, onun müstəqilliyi, ərazi bütövlüyü və neytral hərbi-siyasi statusa BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən zəmanət verilir”, - bəyanatda qeyd edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm