Do You Speak English? Polis “xarici vətəndaşı” necə pərt etdi - VİDEO
Bizi izləyin

Dünya

Do You Speak English? Polis “xarici vətəndaşı” necə pərt etdi - VİDEO

Demək, hadisə baş verir Ukraynanın ucsuz-bucaqsız çöllərindən birində. Hələ dinc dövrdə, Moskva ilə Kiyevin can deyib, can eşitdiyi dövrdə...

Rusiyadan Ukraynaya səfər edən iki gənc oğlan idarə etdikləri avtomobildə sürət həddini aşırlar. Polis əməkdaşlarının növbəti postda onları saxlayacaqlarını anlayan dostlar məsuliyyətdən yayınmaq üçün ingilis dilində danışmaq, özlərini “xarici vətəndaş” kimi qələmə verərək canlarını qurtarmaq qərarına gəlirlər.

Və əsl məzhəkə də elə burada başlayır...

Birinci polis əməkdaşlarından qurtulan dostlar, ikinci polis nəfəri yaxınlaşanda biabır olurlar. Çünki həmin polis nəfəri loru dildə desək, ingilis dilini “çırtlayır”. Polis pərt olan dostlara sonda belə deyir: “Russian Federation? Gedək rəsmiləşdirməyə...”

Publika.az həmin videonu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm