Qonşu ölkədə ölümcül xəstəlik: 3 yaşa çatmırlar
Bizi izləyin

Dünya

Qonşu ölkədə ölümcül xəstəlik: 3 yaşa çatmırlar

Rusiya Federasiyasının Yakutiya Respublikasında uşaqlar genetik xəstəliyə tutulub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, 14 uşaq genlərində mutasiyaya gətirib çıxaran və məlum olmayan genetik xəstəlikdən ölüb.

Genetik xəstəliyə tutulan uşaqlar 3 yaşa qədər yaşaya bilmirlər. Şimali-Şərq Federal Universitetinin genetik tibb laboratoriyasının başçısı Nadejda Maksimova 16 uşağa xəstəlik diaqnozu qoyulduğunu və bunlardan yalnız ikisinin sağ qaldığını deyib.

Həyatda qalan uşaqlardan birinin ailəsi uşağın Yaponiyada müalicə olunması üçün yardım toplamağa başlayıb. Rusiya qanunlarına görə, tibbi nümunənin analiz üçün xaricə göndərilməsi qadağandır. Xəstənin özünün müalicəsi üçün xaricə getməsinə isə heç bir qadağa yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm