• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kleopatranın ölümü haqqında yeni versiyalar: hökmdarı ilan vurmayıb

  • Dünya
  • 23 Oktyabr 2015 08:14
  • 1 550 Baxış
Kleopatranın ölümü haqqında yeni versiyalar: hökmdarı ilan vurmayıb

Britaniyalı alimlər qədim Misirin qadın hökmdarı Kleopatranı ilan vurması barədə əfsanənin həqiqətə uyğun olmadığını bildiriblər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, qədim tarixi mənbələrə əsasən, Miladdan əvvəl 30-cu ildə 39 yaşında vəfat etmiş Misirin qadın fironu Kleopatranın necə ölməsinə dair müxtəlif əfsanə və rəvayətlər mövcuddur.

Ən geniş yayılmış versiyaya əsasən, Kleopatra və onun 2 kənizini əncir səbətində gizlədilmiş kobra ilanı vurub.

Lakin Mançester Universitetinin əməkdaşları bu qəbildən olan rəvayətlərdə təsvir olunmuş qədim hökmdar qadının ölməsi tərzinin mümkünsüz olduğunu qeyd edirlər. Kleopatra haqqında rəvayətlərin həqiqiliyini yoxlamış ekspertlər bildiriblər ki, kraliçanı və onun iki kənizini vurub öldürməyə qadir olan ilan səbətə yerləşə bilməzdi.

Alimlərin dediyinə görə, adamı vura bilən kobra ilanın ölçüsü orta hesabla 2.5 metr olur. "Bu böyüklükdə ilanı səbətə yerləşdirmək mümkünsüzdür", ekspertlər qeyd edir.

Onlar hesab edir ki, Kleopatranı ilan hətta vursaydı da belə, ardıcıl olaraq daha 2 kənizi qısa bir zaman ərzində vurub öldürməsi də qeyri-mümkündür.

Kleopatranın adı tarixə düşməklə yanaşı onun həyatı qədim əfsanə və rəvayətlərin yaranmasına səbəb olub.

Həmin əfsanələr əsasında Hollywood da daxil olmaqla bir çox məşhur studiyalarda Kleopatra haqqında kino və televiziya filmləri çəkilib, tamaşalar səhnələşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR