Dünya
Klinton 11 saat konqresdə dinlənildi
Demokratlar Partiyasından ABŞ prezidenti postuna iddiaçı, keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın Benqazidəki konsulluğuna hücumla bağlı 11 saat Konqresdə suallara cavab verib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.
Klinton dinlənmələrin gedişatında respublikaçıların ona ünvanlandığı ittihamları rədd edib. Respublikaçıların iddiasına görə, keçmiş dövlət katibi Liviyada təhlükəsizlik tədbirlərinin gücləndirməsi ilə bağlı xidmət orqanlarının xahişlərinə əhəmiyyət verməyib və konsulluğa hücumun səbəbləri haqqında ictimaiyyətə yalan məlumat verib. Keçmiş dövlət katibi bildirib ki, nə etmək mümkün idisə, onu da ediblər.
Benqazidəki hadisənin artıq diqqətlə araşdırıldığını deyən xanım Klinton vurğulayıb ki, təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşımırdı.
2014-cü ilin yanvarında ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsi Amerika konsulluğuna hücumun araşdırılması haqqında hesabatı dərc edib. Senat üzvləri belə nəticəyə gəldilər ki, səfirin ölümünə görə məsuliyyətin bir hissəsi Klintonun rəhbərlik etdiyi Dövlət Departamentinin üzərinə düşür. Komitə üzvlərinin əksəriyyəti bu fikirdə olublar ki, hücumun qarşısını almaq mümkün idi.
Xatırladaq ki, ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum 11 sentyabr 2012-ci ildə olub. Hücum nəticəsində səfir Kristofer Stivens və ABŞ-ın daha üç vətəndaşı öldürülüb. Əvvəlcə hesab etdilər ki, hadisənin səbəbi müsəlman dünyasının hiddətinə səbəb olan “Müsəlmanların günahsızlığı” adlı film olub. Ancaq sonradan bildirildi ki, hadisə planlaşdırılmış terror hücumu idi.
Ömər Dağlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye